SİFE ADİU (Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində, Azərbaycan Dövlət İqtisad Universiteti) 03-23 Dekabr tarixlərində “Birliyə Doğru” İctimai Birliyinin həyata keçirdiyi “Sosial məsuliyyət və SƏN 2” adlı müsabiqədə “Qadın böyük qüvvədir” adlı sosial layihə ilə iştirak edir. Müsabiqə MobiTel şirkətinin baş sponsorluğu və UniBank, DeltaGroup, Romantic, Nokia, Bismak, Qafqaz Point Hotel və NewVision şirkətlərinin sponsorluğu ilə keçirilir. Müsabiqədə Azərbaycan Dövlət İqtisad Universiteti SİFE ADİU komandasını təmsil edən Ağayeva Xanım juri və sms səsverməsində birinciliyi əldə edərək növbəti mərhələyə iştirak hüquq qazandı. Müsabiqənin əsas məqsədi cəmiyyətdə olan sosial məsuliyyət anlayışını düzgün istiqamətdə formalaşdırmaq, cəmiyyətin ictimai aktivliyini artırmaq, onun sosial təbəqəyə aid problemlərin həllində iştirakını və müxtəlif sahələrdə məlumatlılıq səviyyəsini artırmağa kömək etməkdir.
SİFE ADİU komandası layihəsinin əsas məqsədi özəl şirkətlərlə əlaqə quraraq onların Bakı şəhərində yerləşən qadın cəzaçekmə müəssisələrinə sifariş verməsini təmin etməkdir. Əsas istehsal sahəsi kimi toxuculuq sexinə malik olan cəzaçəkmə müəssisələri seçilmişdir. İstehsal olunmuş məhsulların sifarişçi firmalarda və əvvəlcədən razılaşdırılmış məkanlarda xüsusistendlərin qurulması ilə satışının təşkil olunması, bir sıra sosial tədbirlərin keçirilməsi də nəzərdə tutulur.
Layihə çərçivəsində şirkətlərin adları və logoları əks olunmuş kiçik xalçaların istehsalı nəzərdə tutulub. Banklarda açılacaq xüsusi hesablar əldə olunan gəlirlərin məhbusların ailələrinə çatdırılmasını təmin edəcək. Layihənin əsas məqsədləri :
1. Azadlıqdan məhrum olmuş insanlarda özünəinamı və əməyə vərdişi yaratmaqla cəmiyyətə qazandırmaq
2. Məhbusların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra işlə təmin olunması probleminin aradan qaldırılması;
3. Məhbus ailələrinin həyat səviyyəsinin və sosial şəaitinin yüksəldilməsi
ADİU-nun SİFE komandası 2005-ci ildə formalaşmışdır. Komanda Azərbaycanda ilk SİFE komandası kimi tarixə düşmüşdür. Tələbə Gənclər Təşkilatı tərəfindən SİFE komandasının yaradılması təşəbbüsü universitetin rektoru Professor Şəmsəddin Hacıyev tərəfindən yüksək qiymətləndirilmiş və komanda onun birbaşa dəstəyi ilə formalaşdırılmışdır. Komandanın yaradılmasında məqsəd universitet tələbələrinin azad sahibkarlıq haqda biliklərini artırmaq və bu sahədə onların bacarıqlarını üzə çıxardaraq inkşaf etdirmək olmuşdur.
Əlavə məlumat üçün SİFE ADİU təşkilatının kapitanı Tofiq Ağayev ilə əlaqə saxlaya bilərsiniz.
Telefon: (994 50) 465 77 56 ; email: agayev.tofiq@gmail.com
sife@aseu.az
Təşkilat haqqında daha ətraflı məlumatı www.sife.org veb səhifələrindən əldə edə bilərsiniz.
